“Yaşından-başından utan, yalandan üzümə gülmə”

Hit: 245
“Yaşından-başından utan, yalandan üzümə gülmə”

“İmtahan” serialının qəhrəmanı, tanınmış aktyor Sənan Əlləz sosial şəbəkədə  “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovu tənqid edib. O, feysbukda status yazaraq Əməkdar incəsənət xadiminin vəzifəsindən sui-istifadə etdiyini vurğulayıb:

 

“Müşfiq Hətəmov, eşidirəm ki, hər varianta əl atırsan ki, kinostudiyada filmə təsdiqlənməyim. Özün bilərsən, Müşfiq, vəzifədən sui-istifadə edirsən, mənə nə. Amma sənin tayların ağsaqqal hesab olunur, yaşından-başından utan, məni görəndə isə yalandan üzümə gülmə”.









Redaktorun seçimi