"Səni qucaqlamaq üçün nələrdən keçməzdim"

Hit: 289
"Səni qucaqlamaq üçün nələrdən keçməzdim"
Müğənni Damla ötən il vəfat edən atası ilə bağlı paylaşım edib. 
 
Faktor.az News24.az-a istinadən xəbər verir ki, ifaçı paylaşımına bu sözləri yaıb:
 
"O qədər canım yanır ki, səni xatırladıqca təpədən dırnağa qədər göynəyirəm. Gülüşünü zarafatlarını, məzəli, duzlu lətifələrini, özünəməxsus parodiyalarını özlədim. Elə darıxmışam... Səni qucaqlamaq üçün nələrdən keçməzdim. Bu fotonu çəkəndə ağlıma gəlməzdi ki, son fotonu çəkirəm. Elə darıxmışam canımın yanmasını hiss edirəm. Vəfasız ovladam, bilirəm. Səni torpağa əmanət etdim. Anama sənsizlik heç yaraşmır. Məni çarəsiz boynu bükük qoydun. Atalı qızları görəndə gözümün yaşını bilmirəm necə boğum. Bu ayrılıq bizə yaraşmadı. Canım atam, heyif ki, yanımda deyilsən. Sənin üçün çoooox darıxmışam".








Redaktorun seçimi