Cinayət xəbərində “Hürrəm”in fotosundan istifadə olundu

Hit: 284
Cinayət xəbərində “Hürrəm”in fotosundan istifadə olundu

İngiltərənin nüfuzlu “The Sun” qəzeti cinayət xəbərində türk aktrisa Məryəm Üzərlinin fotosundan istifadə edib. Mətbuat orqanında Rusiyada yaşayan Vasili Manqoşvilinin 3 uşaqlı məşuqəsi Tatiana Mukhorotovanı öldürməsi qeyd olunub.

Günün xəbərində əsas foto kimi “Muhteşem Yüzyıl” serialında “Hürrəm” sultan obrazını canlandıran Məryəmin şəkli əks olunub.

Qəzetin bu addımı sosial şəbəkələrin də gündəmini zəbt edib. İnstaqram və tvitterin türk istifadəçiləri “The Sun”ı tənqid edib.

 

 








Redaktorun seçimi