Pərvin efirdə əsəbiləşdi - Bacı-qardaş başqa şey edirsiniz? - VİDEO
Kənan M.M. ailəlidir, onunla gözəl münasibətim var. Biz Kənanla dostuq. Lakin bunu elə şişirtdilər ki, bir araya gələ bilmirik. Kənan Əskişəhərdə yaşayır, mənsə İstanbulda. Kənan işləyir, mənsə təhsil alıram.
Bu sözləri aktrisa Pərvin Abıyeva “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında bildirib.
Aktrisa onun Kənana görə Türkiyəyə getməsi iddialarına da münasibət bildirib:
P.Abıyeva tez-tez Kənan və özü haqqında lağa qoyulan “bacı-qardaş” ifadəsinə toxunaraq canlı efirdə əsəbiləşib:
“Siz öz evinizdə bacı-qardaş olaraq başqa şey edirsiniz? Niyə bu ifadəni belə qınadınız? Şou-biznesdə yeni söz yayılıb, bu aləmdə olan mənə qardaş deməsin. Sabah bacın çıxıb məşhur olar. Onda hamı ona deyəcək, mənə qardaş demə?”
P.Abıyeva verilişdə sevdiyi şəxsdən də söz açıb.
“Öz kişilərimizdən başqa kişi ilə münasibət qura bilmirəm. Kimi deyir, türkə, kimi deyir, ərəbə ərə gedəcəyəm. Məndə bu istək yoxdur. Həyatımda olan indiki şəxs də azərbaycanlıdır. Həyatımda yaşamadığım bir münasibət yaşayıram. Aramızda inam var. Bir-birimizə o qədər böyük güvən var ki, bu bizi xoşbəxt edir”, - deyə etiraf edib.