İş adamı Naza görə arvadından boşandı

Hit: 274
İş adamı Naza görə arvadından boşandı

Türkiyənin tanınmış iş adamı Erol Özmandıracı müəllim həyat yoldaşı Ceylin Altunç Özmandıracıdan boşanıb.

Faktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında, bir-birindən heç bir təzminat, mal-mülk tələb etmədən ayrılıblar. Erol Özmandıracı bununla belə xanımına 3 daşınmaz əmlak bağışlayıb.

Qeyd edək ki, iş adamı aktrisa Naz Elmasla eşq yaşayır. Cütlüyün hətta ailə qurmağa hazırlaşdığı deyilir. Bu boşanmanın da məhz Naza görə olduğu iddia edilir.

 

 








Redaktorun seçimi