“Vay o kişinin halına ki, evlənir-boşanır...” - Faytonçu Nazim

Hit: 398
“Vay o kişinin halına ki, evlənir-boşanır...” - Faytonçu Nazim

“Kişi seçimini bir dəfə edər və ölənədək də bir qadınla yaşayar”

Bu sözləri “Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyari ARB TV-də dilə gətirib.

O, açıqlamasında şou biznesin evlənib-boşanın kişilərini tənqid edib: 

 

“Mən evlənmişəm, seçimi bir dəfə etmişəm. Vay o kişinin halına ki, evlənir-boşanır... Yorulmadız, xalqın qızlarını bədbəxt etməkdən? Kişi seçimini bir dəfə edər və ölənədək də bir qadınla yaşayar. Oğluma da deyirəm ki, seçimini elə et ki, bir dəfə olsun. 30 il dir ki, evliyəm. Müğənniyə gələn xanım da bilməlidir ki, kiminlə evlənir və ona zəng, mesaj gələ, şantaj oluna bilər. Bunların hamısını həzm edə biləcəksinizsə, o zaman müğənni ilə ailə qurun. Ailəni işə qatmaq olmaz. Əgər kişi, kişidirsə hər bir peşədə özünü göstərəcək. Əgər biqeyrətdirsə, hər bir peşədə biqeyrət olacaq”.









Redaktorun seçimi