“Məni 7 saat döydü, huşumu itirdim...”

46 dəfə oxunub
“Məni 7 saat döydü, huşumu itirdim...”

“Çağrı mənim sevgilimdir. Onunla iki il əvvəl tanış olmuşuq. Bir il yarımdır eyni evdə yaşamışıq. İyunun ikisində qısqanclıq üstündə mübahisə yarandı. Davamız 4 saat davam etdi”. 

Bu sözləri türk prodüser sevgilisi tərəfindən şiddətə məruz qalan model Tanja Djukic deyib. O, polisə izahatında Çağrı T. Arasında yaranan mübahisənin pərdəarxasını danışıb. Serb model qeyd edib ki, prodüser onu vəhşicəsinə döyüb:

 

“Mənə təpik və yumruqlarla zərbə endirməyə başladı. Burnumdan, ağzımdan və qulağımdan qan tökülürdü. Yeddi saat fasiləsiz olaraq döyüldüm. Yalvardım, amma işə yaramadı. Daha sonra başıma zərbə endirdi, huşumu itirdim, hamama apardı, duşun altında məni oyandırdı və yenə döyməyə başladı. Sürüyüb otağa apardı, xilas olmaq istədim, boğazıma bıçaq dirədi. Otağa salıb qapını bağladı. Ac və susuz idim. Səhəri gün qapını açdı. Onu inandırdım ki, polisə şikayət etməyəcəm. Məni buraxdı”. 

 



Redaktorun seçimi