“Həyatda ana olmağı hər şeydən çox istəyirəm”

21 dəfə oxunub
“Həyatda ana olmağı hər şeydən çox istəyirəm”

Dünyaca məşhur müğənni Rihanna milyarder ərəb sevgilisi Həsən Camal barədə danışıb. 31 yaşlı pop ulduz “Interview” jurnalına müsahibəsində ana olmaq istədiyini bildirib.

“Sevgilimlə tanış olmaq istəyirsizsə, “Google”da axtarış vermək kifayətdir. Mən ona aşiqəm. Toyumuzun nə vaxt olacağını isə təkcə Allah bilir. Biz plan qurarıq, o da yuxarıdan baxıb bizə gülər. Amma bu həyatda ana olmağı hər şeydən çox istəyirəm”, -deyə o, söyləyib.

Qeyd edək ki, Rihanna və H. Camal iki ildir ki, sevgilidirlər.

 



Redaktorun seçimi