“Gəlinlə bəy bal ayından boşanıb qayıdır…”

24 dəfə oxunub
“Gəlinlə bəy bal ayından boşanıb qayıdır…”

“Toyda atanın qızı ilə qucaqlaşaraq ağlamasını qəbul etmirəm.  Daha sonra əvvələr xınayaxdıları atadan, qardaşdan gizlədərdilər ki, ayıbdır. İndi toyun içinə “xına” salırlar, atanın, qardaşının gözü qarşısında gəlini ağladırlar. Belə şeylər aradan qaldırılmalıdır”.  

Bu sözləri Əməkdar artist Elza Seyidcahan “Hüseynova bacıları” proqramına qonaq olarkən deyib. Bəstəkar-müğənni hazırda toyda adətə çevrilən mövzulara toxunub:

 

“İstəyirəm toylarda bəstəkar və xalq mahnıları səslənsin, bayağı musiqilərə rəqs etməsinlər. Toydan sonra bəylə gəlinin bal ayına getməsini də dəstəkləmirəm. Gəlinlə bəy bal ayından boşanıb qayıdır. Gəlin qayınana və qayınata yanında oturmalıdır”.



Redaktorun seçimi