“Bir il yaşadıq, uşaq olmadı, boşandım”

77 dəfə oxunub
“Bir il yaşadıq, uşaq olmadı, boşandım”

“Birinci dəfə 1989-cu ildə Ağdamda ailə qurdum. Bakıda yaşayan bir xanım idi.  Bir il yaşadıq, uşaq olmadı, boşandım.  Problem oldu, alınmadı. İkinci dəfə 1995-ci ildə evləndim. 54 yaşında yenidən ata oldum. Oğlum Şahmalı yeni doğulan qardaşının adını Ömür qoyub”.

Bu sözləri müğənni Tacir Şahmalıoğlu “Ay Zaur” proqramına qonaq olarkən bildirib. O, ailəsi barədə maraqlı açıqlamalar verib. 

Bundan əlavə, sənətçi qeyd edib ki, Fədayə Laçını hələ həbsxanada ziyarət etməyib: “Mənə bir kanal söz vermişdi, çəkiliş heyəti ilə Fədayə Laçına baş çəkəcəkdik. Amma ləngimələr oldu. Fədayənin 4 il yarım müəllimi oldum. Ona qarşı namərdlik etməmişəm. İnsanın başına iş bir dəfə gəlir. Əslində Fədayə mərd qızdır. Bizim aramızda olan suyu çox bulandırdılar. Elə yerə gətirib çıxardılar ki, hamı bu mövzunu danışdı. Məsələnin xırdalıqlarına diqqət yetirmirlər, insanlar hər şeyə inanır”.

 

T. Şahmalıoğlu bildirib ki, Azərbaycanda müğənnilərin 80 faizi onun tələbəsidir: “Şəbnəm Tovuzlu ailəsindən ayrılandan sonra mənim yanıma gəldi. Dostum dedi ki, belə bir xanıma kömək lazımdı. Üç il tələbəm oldu.

Azərbaycanda müğənnilərin 80 faizinin müəllimi mən olmuşam. Yol qoymuşam, dərs deməmişəm. Əksəriyyəti bu yolla gedir”. 

 

 

 



Redaktorun seçimi