Kərimi döyən şəxs danışdı: Təhqir etdi...

Hit: 558
Kərimi döyən şəxs danışdı: Təhqir etdi...

Kərim Abbasova iradımı bildirdim ki, belə maşın sürməzlər. Bu da əllə işarə elədi ki, əcəb eləyirəm, sür. Bir az mübahisə etdikdən sonra yenidən hərəkətə başlayanda sağıma keçib, yanında qadın ola-ola söyüş söyməyə başladı. Mən “qadınlasan, get” desəm də, məni təqib etməyə başladı.

Faktor.az xəbər verir ki, bu sözləri Lent.az-a müsahibəsində müğənni ilə əlbəyaxa olan Elvin Ramazanov deyib. E.Ramazanov bildirib ki, Kərim Abbasov ona iki dəfə hücum çəkib:

“Yaxınlaşdı, pəncərədən dedi ki, çək sağda saxla. Mən saxladım, cumdu üstümə, təhdid dolu təhqirlər yağdırdı, mənə təpik atdı. Yəqin ki, bütün görüntülər təhlükəsiz şəhər kameralarına qeyd olunub. Yaxınlıqdakı adamlar bizi ayırandan sonra hərəkətə başladıq. Yenidən sağ tərəfdən maşını mənim maşınımın üstünə sürdü. Əllə təhqiramiz işarə göstərdi. Qarşıma keçib qəfil əyləci basdı. İşıqforun qırmızı işığına düşdük. Kərim orta zolaqda, yolun hərəkət hissəsində saxlayıb düşdü yerə. Gördüm ki, əlində telefon söyüş-söyə mənim maşınıma tərəf gəlir. Mən də maşından düşdüm ki, əlindən telefonunu alım. Düşəndə mənə ağır söyüşlər söydü. Fikir versəniz görərsiniz ki, onun paylaşdığı video səssizdir. O özü təhqir edərək, əlində telefon mənə hücum çəkirdi”.

Qeyd edək ki, Kərim Abbasov küçədə hücuma məruz qalması və ona hücum edən şəxsin özünü polis kimi qələmə verdiyini bildirmişdi. Hazırda da iş üzrə Binəqədi rayon Polis İdarəsində təhqiqat gedir.









Redaktorun seçimi