Məşhurlarımız rumın müğənninin klipinə çəkildilər - VİDEO

Hit: 237
Məşhurlarımız rumın müğənninin klipinə çəkildilər - VİDEO
“Cəfərov kreativ” şirkəti Rumıniyalı məşhur müğənni Seyanın yeni layihəsini “Youtube” kanalındakı 350 minlik rəsmi hesabında təqdim edib.
 
Azərbaycanda da gənclər tərəfindən sevə-sevə dinlənilən Seya Loca adlı bəstəsinə Bakıda ekran həyatı verib. 
 
Diqqət çəkən məqam isə klipdə Azərbaycanın bir neçə  tanınmış şou-biznes nümayəndəsinin yer almasıdır. Belə ki, stilist Samiraldo, ərəb rəqslərinin mahir ifaçısı Renka, Cessika və Zara Dance klipdə rol alaraq, onu daha da rəngərən ediblər.
 
Qeyd edək ki, bu Seyanın Bakıda lentə aldığı sayca üçüncü klipidir. Məşhur tez-tez paytaxtımızın qonağı olur və konsert proqramları ilə çıxış edir.








Redaktorun seçimi