Ancelina Coli və Bred Pitt barışdı

Hit: 359
Ancelina Coli və Bred Pitt barışdı
Hollivud ulduzları Ancelina Coli və Bred Pitt ayrıldıqdan sonra barışıblar. Bu barədə Entertainment Tonight məlumat verib.
 
Məşhurlar öz aralarında yaranmış narazılığı unutmağa və 6 uşağın tərbiyəsi ilə birgə məşğul olmağa qərar veriblər. Məlumata bildirilir ki, boşandıqdan sonra Ancelina ilə qalan uşaqlar həftədə bir neçə dəfə Bred Pittlə görüşürlər.
 
“Onlar hər ikisi anladılar ki, irəli getməldirlər. Daha drama son qoyuldu. Bütün fıtına  buludları  dağıldı”

Ancelina Coli 2016-cı ilin sentyabr ayında ayrılmaq üçün ərizə verib. O Bredin tərbiyə metodlarını bəyənmədiyi üçün belə addım atıb. Deyilənə görə özəl təyyarə ilə uçarkən Bred Pittin  sərxoş olaraq, böyük oğlu Meddoksu  vurması Ancelinanı belə qərar almağa məcbur edib. Daha sonra bu informasiya təkzib edilmişdi.

2019-cu ilin aprel ayında cütlüyün boşanma prosesi rəsmən başa çatıb. Ayrıldıqdan Sonra Ancelina Coli - Pitt  soyadını dəyişərək yenidən Coli soyadını qəbul edib.

Aprel ayında Ancelinanın bütün sərvətini yalnız böyük oğlu Meddoksa verəcəyi barədə xəbərlər çıxdı. Söhbət 116 milyon dollardan gedir. Bu xəbər Bred Pitti məyus etmiş, o bunu keçmiş arvadının onu incitmək üçün  etdiyini söyləmişdi.

 









Redaktorun seçimi