Çinarə Məlikzadə məşhur əcnəbi futbolçu ilə sevgilidir? - ÖZÜ AÇIQLADI

Hit: 318
Çinarə Məlikzadə məşhur əcnəbi futbolçu ilə sevgilidir? - ÖZÜ AÇIQLADI

Müğənni Çinarə Məlikzadənin türkiyəli futbolçu Erkan Zenginlə sevgili olması barədə xəbərlər yayılıb. Buna səbəb həmyerlimizin instaqramda futbolçu ilə paylaşdığı foto olub.

Faktor.az xəbər verir ki. Çinarə Məlikzadə yayılan xəbərlərlə bağlı publika.az-a açıqlama verərək bu məlumatların doğru olmadığını qeyd edib:

“İlk olaraq sizə təşəkkür edirəm ki, əsl peşəkar jurnalist kimi davrandınız və xəbəri yazmadan öncə bizimlə bu məsələni dəqiqləşdirmək istədiniz. Bir çox sayt instaqramda paylaşdığımız hər hansı bir şəklimizi götürüb xəbər kimi yazırlar. Buna etirazımız yoxdur. Ancaq bir sual varsa, bunu öncə bizə yönləndirib cavab alıb sonra yaza bilərlər. Məşhurlarımızın sosial şəbəkə profillərində əlaqə nömrələri yerləşdirilib. Ya menecerlərinin, ya da ən azından mətbuat xidmətinin nömrələrini tapmaq elə də çətin deyil. Mənim də profillərimdə menecer nömrəsi var. Bütün suallara da qısa zaman ərzində cavab verilir. Ən azından yazıb cavab ala bilərdilər.

Qaldı ki, Erkan Zenginə, bizim onunla 1 ilə yaxındır dostluğumuz var. Ailəsini, həyat yoldaşını tanıyıram. Ortaq dostlarımız var. Vaxt tapdıqca birlikdə önəmli futbol matçlarını izləyirik. Bu dəfə Ramazan ayı ilə əlaqədar digər dostlarımızın başqa planları var idi. Biz də Erkanla həm birlikdə iftar açdıq, həm də çempionluq oyununu izlədik. Şəkil də orada çəkilib. Bu qədər”.









Redaktorun seçimi