Bu qadın dünyanın ən gözəl nənəsidir

55 dəfə oxunub
Bu qadın dünyanın ən gözəl nənəsidir

Bir neçə il bundan öncə "Mrs Grandma Globe" müsabiqəsində "super nənə" titulunu əldə edən əslən ukraynalı Svetlana Qass daha bir yarışmaya qatılaraq, uğura imza atıb.

 Qass özünü bu dəfə "Ms.Transcontinental Classic" gözəllik yarışmasında sınayaraq, gözlənilməz nəticə ilə qarşılaşıb.

 Svetlana "Dünyanın ən gözəl nənəsi" olmağı heç ağlına da gətirmədiyini  dilə gətirib. Qızı anasının əvəzinə beynəlxalq müsabiqədən qeydiyyatdan keçib. Bolqarıstanda keçirilən bu yarışmadan sonra Qassa ABŞ-dakı müsabiqədə iştirak üçün təklif gəlib.

 

60 yaşlı Svetlana bu yarışmada da özünü sınamaq qərarına gəlib. Burada da qalib olan qadın Ukraynanın rekordlar kitabına adını yazdıra bilib. 60 yaşında olsa da belə Qass xarici görünüşü ilə 40 yaşlı xanımlardan seçilmir. Əksinə onlardan daha gözəl və təravəli görsənir.

Svetlana Qass aktiv həyat tərzi ilə görənləri heyrətləndirir. Qass hər həftə nəvəsi ilə velosipetlə gəzintiyə çıxır. Bununla yanaşı ukraynalı qadın mütəmadi olaraq idman zalına gedir, üzgüçülüklə məşğul olur və pəhriz saxlayaraq sağlam gidalanır. 

 



Redaktorun seçimi