Madonna İsraildə müqavilə bağladı

71 dəfə oxunub
Madonna İsraildə müqavilə bağladı

Amerikalı pop-ulduz Madonna “Eurovision” mahnı yarışmasının finalında müsabiqədənkənar çıxış etmək üçün müqavilə bağlayıb.

Faktor.az “Kan” teleradio şirkətinə istinadən xəbər verir ki, müğənni mayın 18-də Tel-Əvivdə çıxış edəcək. İndiyədək imzalanmış müqavilənin olmaması Madonnanın finalda çıxışı məsələsini sual altında qoyurdu. KİV-də gedən məlumata əsasən, pop-ulduz bu gün səhər “Ekspo” sərgi mərkəzində məşqlərə buraxılmayıb. Buna səbəb kimi isə Madonmnanın finalda oxuyacağı mahnılardan birinin yayım hüququ ilə bağlı problemin yaranması göstərilirdi.

Müğənni müqavilə imzaladıqdan sonra məşqlərə başlayıb.



Redaktorun seçimi