Türkiyəli aktrisa fotoqrafa ərə getdi

37 dəfə oxunub
Türkiyəli aktrisa fotoqrafa ərə getdi

"Fatih Harbiye" serialı ilə ulduzu parıldayan aktrisa Dilara Öztunç evlənib.

O, dörd illik sevgilisi, fotoqraf Umut Kızıltan ilə ailə qurub. 

Toy bir neçə gün bundan əvvəl baş tutub. Sadə nikah mərasimində cütlüyün ailə üzvləri, ən yaxın bir neçə dostu iştirak edib. Toydan şəkilləri isə Dilara rəsmi instaqram səhifəsində paylaşaraq belə şərh yazıb: "Bu yolda bir getməyə, sevgiyə, xoşbəxtliyə "hə" deyirəm. Umut, səni çox sevirəm".



Redaktorun seçimi