Röya Avropanı Amerikanın paytaxtı adlandıran Şəbnəm Tovuzlu haqqında nələr dedi?

Hit: 727
Röya Avropanı Amerikanın paytaxtı adlandıran Şəbnəm Tovuzlu haqqında nələr dedi?

Əməkdar artist Röya Ayxan Şəbnəm Tovuzlunun müdafiəsinə qalxıb.

Faktor.az xəbər verir ki, bir neçə gün əvvəl müğənni Nura Suri ATV-də yayımlanan "Ən yaxşısı” proqramında qonaq olarkən intelektual suallara cavab verə bilməyən həmkarlarını müdafiə edib.

Nura Suri bildirib ki, hansısa bir müğənninin Eynşteyni tanımaması normaldır:

“Hansısa müğənni Avropa haqda məlumatsız ola bilər. Oraya aid olan şəhərləri, hansısa ölkənin paytaxtını bilməyə bilər. Bunun işi oxumaqdır, alim deyil ki, ona irad tutaq. Əgər onun savadı çatıb, cavab verə bilməyibsə, mənim üçün onun insanlığı silinmir. Hörmətim varsa, elə də davam edir. Amma insanlar var ki, elə savadlıdır, hörmətlidir ancaq pislik edir. Xahiş edirəm hər şeyi şişirtməyin. Bizi İnstaqramda biabır etməyin”.

Röya Ayxan Nura Surinin bu fikirlərini instaqramda paylaşaraq onunla həmfikir olduğunu yazıb:

“Çünki başqa bir şey düşündükləri yoxdur. Biz gücü özünə çatanlarıq. "Bunu şişirdənlərə bəs sən niyə şou yarada bilmirsən" demək lazımdır. Səninlə razıyam, Nura”.

Qeyd edək ki, verilişlərin birində müğənni Mətanət Əsədova dünyaca məşhur alim Eynşteyni tanımamışdı, Şəbnəm Tovuzlu isə Amerikanı Avropanın paytaxtı adlandırmışdı.









Redaktorun seçimi