“Eurovision” şərhçimiz o olacaq - 13 il sonra...

Hit: 513
“Eurovision” şərhçimiz o olacaq - 13 il sonra...

Müğənni-bəstəkar Murad Arif Təl-Əvivdə keçirilən “Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi olacaq. Bu barədə sənətçinin özü instaqram səhifəsində məlumat verib. 

O, ilk dəfə 2006-ci ildə müsabiqəni şərh etdiyini, 13 il sonra yenidən bu missiyanın ona verildiyini qeyd edib.

Bu məqamda bildirək ki, İTV 2006-cı ildə “Eurovision” yayımlarının lisenziyasını alıb və M. Ariflə Leyla Quliyeva müsabiqənin ilk carçıları olub.  İki il sonra isə Azərbaycan beynəlxalq layihəyə iştirakçı göndərmək hüququ əldə edib. 









Redaktorun seçimi