“Bir daha Bond olsam, biləyimi kəsərəm” demişdi, yenidən çəkildi - VİDEO

Hit: 408
“Bir daha Bond olsam, biləyimi kəsərəm” demişdi, yenidən çəkildi - VİDEO

Məşhur “Ceyms Bond” filminin növbəti seriyasında baş rolu canlandıracaq aktyorun adı açıqlanıb.

Filmin bu bölümünə də Hollivudun məşhur aktyoru, 51 yaşlı Daniel Kreyq çəkiləcək. Bu barədə  filmin  Twitter-dəki “Ceyms Bond” hesabında məlumat paylaşılıb. 

Daniel Kreyq müsahibələrinin birində “Yenidən Ceyms Bond olsam, biləyimi kəsərəm” sözlərini səsləndirsədə, 2020-ci ilin aprelində işıq üzü görəcək ekran işində yenidən həmin obrazı canlandıracaq.“Ceyms Bond”un 25-ci filmində isə ötən il Fredi Merkuri obrazı ilə “Oskar” qazanan Rami Malek də rol alacaq. Rami, hekayədə mənfi obrazı canlandıracaq. 

 

 









Redaktorun seçimi