“Jara-2019”da iştirak edəcək ulduzların çıxış GÜNLƏRİ

Hit: 646
“Jara-2019”da iştirak edəcək ulduzların çıxış GÜNLƏRİ

2016-ci ildən bəri Bakıda keçirilən “Jara” beynəlxalq musiqi festivalında hansı müğənninin hansı tarixdə çıxış edəcəyi müəyyənləşib.

Oxu.Az 25-28 iyul tarixlərində keçiriləcək festivalda iştirak edəcək rus ulduzlarının çıxış vaxtını təqdim edir:

 

Belə ki, festivalın ilk açılış günü, yəni iyulun 25-də Filipp Kirkorov, A studio, Emin, Qriqoriy Leps, Ani Lorak, Bosson, Qlyukoza, Sergey Lazarev, Lolita, Mozgi, NK, Monatik, Vremya i Steklo, Zivert, Maks Barskix, Artik&Asti, Rita Dakota, Burito, Olqa Buzova səhnə alacaq. 

Festivalın ikinci günü - iyulun 26-da 90-cı illərin hitləri səslənəcək. Eyni zamanda, “Lyube” qrupunun yaradıcılıq gecəsi təşkil olunacaq.

Bununla yanaşı, Emin, Filip Kirkorov, Qriqoriy Leps, Valeriya, Sergey Lazarev, Nataşa Koroleva, Viktoriya Dayneko, Lyubov Uspenskaya, Aleksandr Buynov, Layma Vaykule, Artik&Asti, Slava, Alena Apina, Ruki Vverx, Na-Na, Otpetıye moşenniki, Fabrika, Diskoteka Avarira qrupu ifaları ilə gecəyə əlavə rəng qatacaqlar.

Festivalın üçüncü günü - iyulun 27-də Qriqoriy Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi keçirələcək. Emin, Valeriya, Slava, Lyubov Uspenskaya, Vladimir Kuzmin, Aleksandr Panayotov, Brandon Stone, Jasmin, Ruki Vverx, Novie samosvetı qrupunun çıxışı olacaq. 

Festivalın dördüncü günü - iyulun 28-də hit olan mahnılarlardan ibarət gecə keçiriləcək. Möhtəşəm musiqi bayramında Emin, Qriqoriy Leps, Timati, Loboda, Valeriya, Nyuşa, Hamm&Ali&Navai, Rauf&Faiq, Mari Kraymbreri, Ciqan, Zomb, Lyubov Uspenskaya, CYGO çıxış edəcək.









Redaktorun seçimi