Sem Smitin yerinə Bakıya o gələcək

Hit: 226
Sem Smitin yerinə Bakıya o gələcək

“Formula-1” Qran-Prisi çərçivəsində planlaşdırılan konserti ləğv olunan müğənni Sem Smiti Bakıda əvəz edəcək sənətçi müəyyənləşib.

Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarainin verdiyi məlumata görə, Smitin yerinə Bakıya əslən britaniyalı olan Cessi Cey gələcək. 

“Aldığımız məlumata görə, Sem Smitin səsində ciddi problemlər yaranıb. Sem Bakıdan öncə verməli olduğu daha iki konsertini ləğv edib. Onun əvəzinə isə “Kristall Hall”da əslən britaniyalı müğənni Cessi Cey çıxış edəcək”.

 

Qeyd edək ki, dünya şöhrətli müğənni Cessi Cey gənclər arasında ən çox dinlənilən sənətçilərdəndir. 2010-cu ildə buraxdığı “Do It Like a Dude” ilk debüt albomu Britaniyada birincilik əldə edib. 









Redaktorun seçimi