“Məni mahnıya görə Sərxanla nişanladılar” - Şəbnəmdən ETİRAF - VİDEO
ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonaqları müğənni Sərxan Sərxan və Şəbnəm Tapdıq olub.
Proqramda mahnı ifa edən Şəbnəm Tapdıq bildirib ki, bu mahnıya görə Sərxan Sərxanla nişanlandığı haqqında söz-söhbətlər yayılıb:
"Məni bu mahnıya görə Sərxanla nişanladılar. Atam televiziyada baş redaktor idi. Məni Sərxanla o, tanış edib. Demişdi ki, Sərxan çəkilişə gəlir, sən də gəl. Atamın dostu atama deyib ki, bütün şəhər danışır ki, Şəbnəmlə Sərxanın toyudur. Atam cavab qaytarıb ki, nə danışırsan sən? O uşağı özüm aparıb, gətirirəm. Onun yanında oturmuşamsa, o demək deyil ki, evlənmişəm".