Türkiyənin məşhur proqramında yanğın

Hit: 312
Türkiyənin məşhur proqramında yanğın

Altı həftədir ki, Star TV-də yayımlanan “Anneler ve Gelinler” adlı yarışmada gözlənilməz hadisə baş verib. Faktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, proqramın sonuncu buraxılışının çəkilişi zamanı qəza baş verib.

Belə ki, verilişdə gəlin namizədi qaz sobasını yandırmaq istəyib.  Bu zaman anidən böyük alov yaranıb və qayınana və aparıcı Ezgi Sertel məkandan uzaqlaşıb. 

Layihə əməkdaşları təcili olaraq çəkiliş meydançasına daxil olaraq yanğına müdaxilə ediblər.









Redaktorun seçimi