1 yaşı tamam olan kimi üzünü göstərdi

Hit: 383
1 yaşı tamam olan kimi üzünü göstərdi
Müğənni Nuri Sərinləndirici oğlu Ardanı ictimaiyyətə təqdim edib. o, ötən gün övladına ad günü edərək media və şou-biznes əhlini başına yığıb.  
 
Ardanın 1 yaşı Bakının məşhur restoranlarının birində baş tutub. Məclisdə incəsənət dünyasının məşhur simaları iştirak edib. 
 
Onlar doğum günü tədbirində fotolar çəkdirərək sosial şəbəkələrdə paylaşıblar. 
 
Qeyd edək ki, Nuri həmkarı Jane Şirokihlə 2017-ci ilin aprelində Dominikanda ailə qurub. Cütlük əvvəlcə nikahını, daha sonra isə yeni doğulan övladını gizli saxlayırdı. 
 
 
 
 
 








Redaktorun seçimi