Aleyna Tilki Bakıda konsert verdi - VİDEO - FOTOLAR

Hit: 1102
Aleyna Tilki Bakıda konsert verdi - VİDEO - FOTOLAR

Türkiyəli pop müğənni  Aleyna Tilki İçərişəhərdə, Qoşa Qala qapısında xalq konsertləri çərçivəsində solo konsert proqramı ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, pop ulduz ilk olaraq “Sen olsan bari” mahnısını ifa edib. Bundan əlavə, Aleyna həmkarı Gülşənin repertuarından “Bangır, bangır” mahnısına müraciət edib.

Açıq havada təşkil olunan konsertdə Aleyna repertuarında olan sevilən və hit mahnıları arda-arda düzüb. Türkiyəli ifaçının səhnədəki perfomansı və cəsarətli rəqsləri paytaxt sakinləri ilə yanaşı turistlərə də əyləncə dolu anlar yaşadıb. 

 

Qeyd edək ki, Aleyna Tilkinin Türkiyədə az müddətdə ulduzu parıldayıb. İfaçı ötən il İstanbulda ənənəli şəkildə keçirilən 45-ci “Altın Kələbək” mükafatatlandırma mərasimində “Ən yaxşı qadın müğənnisi” nominasiyası üzrə mükafata sahib olub. 

 

1
1
1








Redaktorun seçimi