Məlahət Abbasovanın verilişi ATV-dən AzTV-yə keçdi

Hit: 496
Məlahət Abbasovanın verilişi ATV-dən AzTV-yə keçdi

Məlahət Abbasovanın "Məlahətli söhbətlər" proqramı bundan sonra AzTV-də yayımlanacaq.

Faktor.az axşam.az-a istinadən xəbər verir ki, əməkdar artist bu barədə "Gün başladı" proqramında məlumat verib.

"Layihəm hazırdır. AzTV-nin yeri mənim üçün çox fərqlidir. Çünki ilk dəfə məni tamaşaçılara təqdim edib. Təkrar doğma kanalıma dönürəm. Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki, iki ölkənin məşhurları bir-birini gəlib, tanısınlar. Onları bura gətirirəm ki, siz də bizim sənətçilərimizi tanıyın".

O söhbət zamanı sözügedən proqramda qonaq olan sənətçilər ölkəmizə qonorarsız gəldiyini bildirib.

Qeyd edək ki, Abbasova verilişinin yayım vaxtını açıqlamayıb.









Redaktorun seçimi