Küsülü olan Aygün və Roza üz-üzə gəldi

Hit: 258
Küsülü olan Aygün və Roza üz-üzə gəldi

Uzun müddətdir küsülü olan xalq artisti Aygün Kazımova və müğənni Roza Zərgərli tədbirlərin birində üz-üzə gəliblər. 

Faktor.az axşam.az-a istinadən bildirir ki, ifaçılar salamlaşmayıb, bir-birini görməzdən gəliblər. Əyləşdikləri masa yan-yana olan müğənnilər elə əyləşiblər ki, bir-birini görməsin. 

Kazımova masaya yaxınlaşaraq arxasını Zərgərliyə çevirib oturub. 

 

Qeyd edək ki, R.Zərgərli A.Kazımovanın ünvanına "Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil?" sözlərini demişdi. Xalq artisti isə ifaçının ünvanına "Şıntıramellalar" sözünü işlədib.

Daha sonra isə "Maşın" şouya qonaq olan Kazımovaya "Kimi qalib görürsüz" sualı ünvanlanıb, o isə "Roza Zərgərli" cavabını vermişdi.









Redaktorun seçimi