Hüseyn Talıba söz atdı - “Talıb Tale oxuya bilir?”

Hit: 471
Hüseyn Talıba söz atdı - “Talıb Tale oxuya bilir?”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ATV-də yayımlanan “Yaxşısı budur” proqramının qonağı olub.

Faktor.az axşam.az-a istinadan xəbər verir ki, verilişin bir bölümündə gələn qonaqlar qutudan çıxardıqları kağızlarda adları yazılan müğənniləri dəyərləndirib.

Bu zaman proqramın digər qonağı Nüşabə Ələsgərlinin əlində müğənni Talıb Talenin adı yazılan püşk çıxıb.

Ələsgərlinin Talıbın ünvanın a“Çox gözəl bir gənc, çox gözəl bir insan” deməsi Məhəmmədoğlunun özündən çıxarıb.

“Nüşabə xanım, sən də qalmısan belə. Hamıya “gözəl” deyirsən. Talıb Tale oxuya bilir?” deyə, müğənniyə iradını bildirib.

Nüşabə isə “Mən oxumaqdan danışdım? Dedim ki, gözəl insan” deyərək, Hüseynlə razı olduğunu söyləyib.

 

 

 









Redaktorun seçimi