Rəmiş evə qayıtdı

Hit: 342
Rəmiş evə qayıtdı

"Rəmiş evə qayıtdı"

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti qaydasına düşür.

 Faktor.az  bildirir ki, bu barədə AzNews.az-a sənətçinin həyat yoldaşı Gülü xanım deyib. O, qeyd edib ki, hazırda Rəmişin müalicəsi ev şəraitində davam etdirilir:

“Şükürlər olsun, Rəmiş sağ-salamatdır, ayaqdadır. Xəstəxanadan evə qayıtdı. Allah özü bizə kömək olur, bizi heç vaxt darda qoymayıb. Nə yaxşı ki, yaxşı insanlar və həkimlər də var. Bizim sevgimiz əbədidir. Allah bizə böyük bir sevgi payı verib. Məni ona pay göndərib, onu da mənə. Nə mən Rəmişdən hədiyyə götürürəm, nə də o məndən. Hədiyyəmiz - bir-birimizə olan sevgimızdır”.

Qeyd edək ki, bir müddət öncə xalq artisti Rafiq Hüseynovun səhhəti ağırlaşmışdı. Sənətçi ağciyər problemi səbəbindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.









Redaktorun seçimi