Röya: "Mən satqın deyiləm"

Hit: 559
Röya: "Mən satqın deyiləm"

Ötən gün əməkdar artistlər Röya Ayxan və Miri Yusif klubların birində konsert proqramı ilə çıxış ediblər.

Faktor.az xəbər verir ki, konsertdən öncə media nümayəndələri ilə görüşən Röya Ayxan onların suallarını cavablandırıb.

“Yanımda olduğunuz üçün təşəkkür edirəm. Maşallah, elə bir dövrdə yaşayırıq ki, bura gəlməsəniz də hər bir hadisədən xəbəriniz olur - evdə nə yeyirik, nə içirik... Konsertdə şou olmayacaq. Çünki mən şou adamı deyiləm, satqın deyiləm” deyə, Röya bildirib.

Daha sonra səhnəyə çıxan ifaçı dekolteli qara libası ilə diqqət çəkib. O, səhnədə mahnılarınının remiks versiyasını təqdim edib.

Röyanı müşayiət edən rəqqaslar gecəyə rəng qatıb. Daha sonra səhnəyə həmkarı Miri Yusifi dəvət edən Röya onunla birlikdə iki duet səsləndirib.

Səhnəni tək ələ alan Miri Yusifin səhnə geyimi də diqqətçəkən olub. Cins gödəkçəsinin arxasındakı böyük “M” hərfi səhnə işıqlarının fonunda gözə çarpıb.

Konsert zamanı Miri Yusifi həyat yoldaşı Nərgiz tək qoymayıb. Onu səhnəarxasından izləyib.

Qeyd edək ki, “Boom Group”un ərsəyə gətirdiyi konsertdə 3 minə yaxın adam iştirak edib.









Redaktorun seçimi