Tanınmış aktyor klip çəkilişində müğənni ilə mübahisə etdi: "Sən niyə mənə qulaq asmırsan?!" - FOTOLAR - VİDEO

Hit: 759
Tanınmış aktyor klip çəkilişində müğənni ilə mübahisə etdi: "Sən niyə mənə qulaq asmırsan?!" - FOTOLAR - VİDEO

Müğənni Kamil Qədimzadə "Məhəllə" adlı mahnısına klip çəkdirib

Faktor.az xəbər verir ki, klipin sujet xəttində tanınmış aktyor Qorxmaz Əlilicanzadə uşaqlıq illərini danışır. Onun uşaqlığını ifaçı Kamil Qədimzadə canlandırır. Klipdə insanların məhəllə şəraitində birgə, mehriban yaşayışı elə kənd sakinlərinin obrazlarıyla təsvir olunur.

Ekran işi "Prime" prodakşn tərəfindən lentə alınıb. Mahnının musiqisi və sözləri ifaçının özünə aiddir.

Qeyd edək ki, Kamil Qədimzadə solo fəaliyyəti ilə yanaşı uzun müddətdir ki, "Xan" qrupunda da fəaliyyət göstərir. Müğənni həmçinin tanınmış bəstəkar, Xalq artisti Vaqif Gərayzadədən dərs alıb, Xanım İsmayılqızı ilə çalışıb.

 

 









Redaktorun seçimi