Xalq artisti - "Bizim özümüzün Sevgililər günümüz var"

Hit: 369
Xalq artisti - "Bizim özümüzün Sevgililər günümüz var"

"Sevgidolu qadınam. Bizim özümüzün Sevgililər günümüz var. Əsl sevgi, məhəbbət, eşq, duyğu odur. İki insan bir-birindən ayrı yaşaya bilmir. Valentin günü, Hellouven bizimki deyil. Amma qeyd edirik. Dünya bu günləri qəbul edib. Bu gün üçün böyük bir planım yoxdur. Olsa da, mənə etsinlər".
 

 

 Faktor.az bildirir ki, bu sözləri Axşam.az-a açıqlmasında xalq artisti Zülfiyyə Xanbabayeva deyib. Müğənni Sevgililər gününü özəl qeyd etməyəcəyini bildirib. 

Xanbabayeva son günlər çox yayılan bayağı mahnılardan da bəhs edib. O bildirib ki, çox irad bildirsə də, həmkarlarından dəstək görməyib: 

"Yorulmuşam bayağı mahnılardan danışmaqdan. 30 ildir səhnədəyəm. Kim nə edir, çox dedim. Gördüm elə deyinən mənəm. Tək əldən səs çıxmır. Sənətdən xəbərdarlar söz deməlidir. Birinin deməsi yetmir. Deyib, sözü uzatmaq da istəmirəm. Ucundan tutarsan ucuzluğa gedər. Biz sənət göstərək. Əsl sənətin varsa, özünü göstərəcək.

Yaradıcı, istedadı olan insanlara tənbəl deyilir. Mənə də deyirlər gec-gec çıxırsan. Mən artıq beləyəm. İşləyən vaxtlarda ayda bir mahnı hazırlaya bilmirdim. Gərək hər yerə burnumu soxam, içinə girəm, maraqlanam, özüm nəzarət edəm. Bu, kapriz yox, məsuliyyətdir".









Redaktorun seçimi