Nisə Qasımova: "Heç vaxt qarşılıqlı sevgi yaşamadım" - VİDEO

Hit: 463
Nisə Qasımova: "Heç vaxt qarşılıqlı sevgi yaşamadım" - VİDEO

Bu gün xalq artisti Nisə Qasımova “Şou ATV” proqramında qonaq olub.

Faktor.az xəbər verir ki, müğənni efirdə qarşılıqsız sevgisindən danışıb:

“ Həyatımda elə insanlar qarşıma çıxdı ki, onlar mənim olmadı. Poeziya və gözəl musiqilər elə-belə yazılmır. Əslində, bir etiraf etmək istəyirəm ki, 47 illik fəaliyyətimdə bir balaca yalançı olmuşam. Qarşılıqlı sevgi illər sonra da qarşına çıxa bilər. Amma mən onu mifləşdirdim, öz qəlbimdə böyütdüm, yaşatdım və aldandım. Ürəyimi fəth etmək istəyənlər çoxdur, amma inciməsinlər. İnsan özü sevəndə daha gözəl olur. Sözün əsl mənasında qarşılıqlı sevgi heç vaxt yaşamadım. Həmişə sevginin həsrətində olmuşam”

Qeyd edək ki, bu gün xalq artistinin 65 yaşı tamam olur.

Gülnar

 









Redaktorun seçimi