Vüsalə Əlizadə qızına ad günü keçirdi

Hit: 1089
Vüsalə Əlizadə qızına ad günü keçirdi

Atv kanalının aparıcısı Vüsalə keçən gün qızı Diləyə “doğum günü” partisi keçirib.

Gecədə aparıcının dostları və yaxınları iştirak edib.

Vüsalə istagramda qızı haqqında belə bir paylaşım da edib:

“Bütün anaların qız balasına həsr etdiyi ürək sözünə, arzusuna, diləyinə çevrildi. Bu günümün səbəbkarı, həyatımın dadı-duzu, güclü olmağımın, həyata bağlanmağımın, sevib-sevilməyimin səbəbkarı, 7 ildir əli-əlimdə, balaca ürəyi ürəyimdə döyünən mələyim, mənə qadın üçün ən ali “Ana” statusunu bəxş edən körpəm. Səninlə çətin bir yola bərabər çıxdıq, körpə barmaqlarını əlimə alıb, xumar gözlərinə baxıb, sənin üçün canımı belə qurban verərəm dediyim gündən düz 7 il keçir, cismən ömrüm yetən qədər, ruhən dünya durduqca yanındayam ciyər-param. Səni mənə verən Allahıma şükürlər olsun”

Gülnar

 









Redaktorun seçimi