11 ildən sonra ayrıldılar

Hit: 286
11 ildən sonra ayrıldılar

11 ildir ki, sevgili olan müğənni Fərhad Köçərlə Ömür Gedikin ayrılma xəbəri təsdiqlənib.

Bu barədə “İkinci sayfa” proqramında məlumat verilib.

Ö. Gedik proqrama telefonla bağlanaraq məlumatın doğru olduğunu açıqlayıb. “Mövzu barədə çox danışmaq istəmirəm. Özəl həyatımdan bəhs etməyi sevmirəm. Başqa evə köçdüyüm doğrudur. 11 illik bir münasibətim olub, indi isə məsələni uzatmaq düzgün deyil. Bir az dincəlməliyəm. Öz aramızda aydınlaşdıra bilmədiyimiz məsələlər var”- deyə sənətçinin jurnalist sevgilisi qeyd edib.(qafqazinfo.az)









Redaktorun seçimi