Vasif Məhərrəmli: "Ədalət oxumağı məndən öyrənir"

Hit: 249
Vasif Məhərrəmli: "Ədalət oxumağı məndən öyrənir"

Əməkdar artist Vasif Məhərrəmli həmkarı Ədalət Şükürovla bağlı açıqlama verib. 
 

 

Faktor.az-ın məlumatına görə, müğənni "X maqazin"də aparıcının "Dedilər ki, şou məkanında ən bahalı və dəbli geyinən iki ifaçısı var: biri Ədalət, digəri siz. Ədalət də dedi ki, Vasif geyinməyi məndən öyrənir" sözlərinə belə cavab verib:

"Boynuma alıram, bəzi şeylərdə axsamalarım olanda, zəng edib Ədalətdən öyrənirəm. O da məndən oxumaq öyrənir. Burada nə var ki? Toya da baxıb öyrənmişik ki, Səməd Səmədov, Cavanşir Məmmədov necə oxuyur".

Vasif saçlarını boyadığını da etiraf edib. 









Redaktorun seçimi