Xatirə İslamla Vasifin arası buna görə pozuldu

103 dəfə oxunub
Xatirə İslamla Vasifin arası buna görə pozuldu

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatirə İslam arasında qalmaqal yaşanıb. 
 

 

Faktor.az-ın məlumatına görə, bu haqda Vasif "X maqazin"ə açıqlamasında deyib. O bildirib ki, aralarındakı incikliyə İnstaqram səbəb olub:

"Xatirə baxıram məni izləmir, mən onu izləyirəm. Zəng edirəm ki, axı sən məni izləmirsən? Deyir, ola bilməz, açır izləyir. Üzərindən bir az keçir yenə silir məni. İnstaqram dəhşətli bir şey deyil. Bir ara da Xatirə izləyicilərini sıfırladı. Mənim xəbərim olmayıb onun silməyindən. 

Türkiyədə olanda onun ad günü oldu. Xəbərim yox idi. Mənim ad günümdə Xatirə yanımda olub, bilsəydim təbrik edərdim".

Xatirə isə qalmaqalın səbəbkarı kimi Vasifi göstərib:

"Vasif məni izləmirsə, mən niyə onu izləyim? Vasif yığıb deyir, məni niyə izləmirsən? Alıram onu izləməyə. Bir həftə sonra məni özü silir".  



Redaktorun seçimi