Anası Ceyranın ölümündən xəbərsizdir

69 dəfə oxunub
Anası Ceyranın ölümündən xəbərsizdir

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışı mərhum aparıcı Ceyran Nərimanın həyatına həsr olunub.

Faktor.az-ın məlumatına görə, aparıcının ailə üzvləri onunla bağlı xatirələrindən bəhs edib:
 

 

Bacısı Səkinə Əzimova Ceyranın müalicə üçün İrana getməli olduğunu, lakin həmin gün vəfat etdiyini deyib:

“Sonuncu ad günündən sonra başında möhkəm ağrılar olduğunu dedi. MRT etdirdik və məlum oldu ki, başında da şiş yaranıb. Səhhəti ilə əlaqədar zəif idi. Gözləyirdik biraz özünə gəlsin onu İrana aparaq. Ayın 4-ü İrana gedəcəkdik, amma o, məzara getdi. Üzü qibləyə uzandı, xırıldamadan can verməyə başladı. Anam indiyədək bilmir. Bəlkə də hiss edir”.

 

“Süd vəzisindən əməliyyat olunandan sonra kompleks yaşayırdı. Ondan sonra qəti qərara gəldi ki, mən heç vaxt evlənməyəcəyəm. Anam onun xəstəyilini bilmədi. Bir müddət sonra kimyaterapiya müalicəsi qəbul etdi. Saçları töküldü. Anamdan gizlədirdi, onun yanında yaylıq bağlayırdı”, deyə onun bacısı Sevil Əzimova bildirib.

Mərhum aparıcının anası Mirxanım Əzimova isə hələ də qızının ölümündən xəbərsizdir:

“Başına dönüm, sənin yolunu səbirsizliklə gözləyirəm, ay Ceyran, tez gəl. Yuxumda görürəm onu. Mənə deyir, az qalıb gəlməyimə. Çox darıxıram onun üçün”.



Redaktorun seçimi