Evcen reklam təkliflərini rədd edib

Hit: 146
Evcen reklam təkliflərini rədd edib

Aktrisa Fahriye Evcen “Uşağımı reklam aləti etmək istəmirəm”, - deyə gələn reklam təkliflərini rədd edib.

 Türkiyə mediası xəbər verir ki, Fahriye Evcen və Burak Özçivit cütlüyünün körpəsi aprel ayında dünyaya gələcək. Hamiləliyi boyunca sakit bir həyat yaşamağa başlayan Fahriye Evcen ona edilən serial və reklam təkliflərini rədd edib. Məşhur aktrisa reklam üzü olduğu markanın hamilə kolleksiyası üçün xüsusi bir çəkiliş etmək tələbinə “Bu müddətdə uşağımı reklam aləti kimi istifadə etmək istəmirəm. Hamiləliyim boyunca işləməyəcəyəm. Sonra da bir müddət vaxtımı uşağıma ayıracağam”, - deyə açıqlama verib. 

Qeyd edək ki, Burak Özçivitin də aktrisanın qərarını dəstəklədiyi deyilir.









Redaktorun seçimi