Mərhum xalq artisti ölümqabağı Gülyanaqdan nə istəyibmiş?

Hit: 586
Mərhum xalq artisti ölümqabağı Gülyanaqdan nə istəyibmiş?
Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. Musiqiləri ilə milyonların qəlbinə yol tapan bəstəkarı xalq artisti Gülyanaq Məmmədova yad edib.

Açıqlama verən sənətçi bəstəkarın son günlərində yanında olduğunu bildirib:

“Şəfiqə xanım məni və Gülyazı mənəvi qazları kimi sevirdi. Həmişə deyirdi ki, Talehin bacıları gəldi. Oğlu Talehlə bacı-qardaş kimi idik. Şəfiqə xanım mahnıları ilə ürəklərə yol tapan bəstəkar idi. Onun musiqilərinin əksəriyyəti öz həyatı ilə bağlı idi. Elə buna görə də böyük təsir qüvvəsinə malik idi. Onunla ilk tanışlığımızdan ta son gününə qədər dostlaşdıq. Ölümündən əvvəl xəstəxanaya yanına getdim. Hiss edirdi ki, bu dünya ilə vidalaşmağına az qalıb. Əslində, biz də bunu bilirdik. Məndən “Ana” mahnısını oxumağımı istədi. Zümzümə etdim. Danışmağa halı yox idi, gülümsəyərək mənə minnətdarlıq etdi. O bu mahnısını çox sevirdi. Xəstəxanadan evə getdik, xəbər gəldi ki, dünyasını dəyişib. Amma o susmadı, musiqiləri ilə bu gün də könüllərdə yaşayır”.

 









Redaktorun seçimi