Cavidan əsəbiləşdi: "Gördüyünüz işin içinə tüpürüm"

Hit: 315
Cavidan əsəbiləşdi: "Gördüyünüz işin içinə tüpürüm"

Aktyor Cavidan Novruz rol aldığı “Təhminə və Zaur” serialından qonorarını ala bilməyib.

 Faktor.az Axşam.az-a istinadla xəbər verir ki, o, bu barədə İnstaqramda məlumat verib. Cavidan deyib ki, ekran işini yarımçıq dayandırıblar:

“Bu məmləkətdə hər şey belədir, kimlərlə yaxşı olursan, həvəslə işə girişirsən, iş gördüyün insanlar səni hər şeydən iyrəndirir. Bir işi kişi kimi görmək lazımdır. Yalanla aktyor aldatmazlar. Yeganə millətik ki, aktyora pul verməyə can çəkirlər. 
 

 

Əziyyət çəkən bizik, səhər tezdən çəkilişə gedirik, canımız çıxır, sonda da belə olur. Gördüyünüz işin içinə tüpürüm. 
Sözümü həmişə açıq demişəm. Sonda hamını başınıza yığıb kişi kimi hallalaşmağı bacarmadınız. Heç nəyimi halal etmirəm. Şəxsiyyət olmağı bacarın, sonra işlər görün!”.

 

Qeyd edək ki, Cavidan ekran işində “Spartak” obrazını canlandırırdı. Ekran işində əməkdar artist Mehriban Xanlarova, Kəmalə Müzəffər, aktyorlar Cövdət Şükürov, Nərgiz Əliyeva və başqaları rol alıb. 









Redaktorun seçimi