Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - VİDEO

Hit: 442
Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - VİDEO

Əməkdar artist Mehriban Xanlarova “Şou ATV” proqramında qonaq olub.

 Faktor.az Axşam.az-a istinadla xəbər verir ki, canlı yayım zamanı studiyaya aktrisanın anası Bibiş Xanlarova dəvət edilib.

Anasını görən aktrisa göz yaşlarına boğulub. O, anasının əlindən öpərək, qarşısında diz çöküb.

Xanlarova bildirib ki, valideynləri eşitmə və dil qüsurludur:
 

 

"Uşaq vaxtı biz danışa bilmirdik. Qonşular nəsə deyəndə, başa düşmürdük. Gərək əl-qol hərəkətlər edərdilər ki, biz insanların nə dediyini anlayardıq. Daha sonra bibim Zeynəb Xanlarova bizi məktəbə qoydu və beləcə, hərf öyrəndik". 









Redaktorun seçimi