Kərim Rəqsanənin əkizləri haqqında hər şeyi açıqladı

Hit: 1318
Kərim Rəqsanənin əkizləri haqqında hər şeyi açıqladı

Müğənni Rəqsanənin əkiz övladının olub-olmadığı barədə söz-söhbət aidiyyəti qurumların "ifrat təhlükəli hava şəraiti" ilə bağlı açıqlamalarına qədər bəlkə də mediada ən çox müzakirə olunan mövzulardan biri idi.

 

Faktor.az Milli.Az-a istinadla xəbər verir ki, qadın müğənni barədə gəzən söz-söhbətə Moskvadakı evində Rəqsanənin qonağı olan həmkarı Kərim Abbasov "5/5"də son qoyub.

O, Zaurun "Rəqsanə ilə bağlı bir söz-söhbət var. Ona aydınlıq gətirəcəyik. Mətbuatda bu barədə yazırlar. Özündən soruşacam" sözlərini yarımçıq kəsib.

 

"Əkizlər söhbəti? Deyirəm mən fakt oradan gəlmişəm. Qardaş, kor-kor, gör-gör, gözümlə gördüm. Sadəcə, bizim ağzıqara insanlar, beyinlərində necə istəyir, o cür də yozurlar. Fakt, mən bunun evinə getmişəm. Onun ikinci övladı, oğlan xəstəxanadadır. Gözümlə görmüşəm, qızı isə evdədir".

Zaur müğənninin sözlərindən sonra "Rəqsanə, bu söhbətə son qoyduq" deyib.









Redaktorun seçimi