Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçirilib - FOTOLAR

Hit: 227
Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçirilib - FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində mərhum xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib.

 Faktor.az Axşam.az-a istinadan məlumatına görə, tədbirdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək aktrisa barəsində xatirəsini bölüşüb.

Xalq artisti Eldar Quliyev teatr və kino sənətinə Pənahovanın dəyərli töhfələr verdiyini qeyd edib. Deputatlar Şəmsəddin Hacıyev, Qənirə Paşayeva mərhumun sənət dünyasından sözhəb açıblar. 
 

 

Gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunub, teatr səhnəsində və kinoda canlandırdığı filmlərdən fraqmentlər təqdim edilib. Tədbirdə aktrisanın ailə üzvləri də yer alıblar. Nəvəsi onunla bağlı fikirlər səsləndirib. 

1
1
1
1
1
1
1
1








Redaktorun seçimi