Təranə Səmədova qadın koloniyasına köçürüldü

Hit: 237
Təranə  Səmədova qadın koloniyasına köçürüldü

İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova artıq cəzaçəkmə müəssisəsinə köçürülüb. 

 Faktor.az bildirir ki, bu barədə T.Səmədovanın vəkili Janna Bağırova məlumat verib.

O deyib ki, T.Səmədova dünən Bakı İstintaq Təcridxanasından çıxarılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsinə aparılıb. 

Vəkil onu da deyib ki, prodüser Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətində deyil. 









Redaktorun seçimi