Sıla aşpazla sevgili oldu

Hit: 212
Sıla aşpazla sevgili oldu

Müğənni Sıla Gencoğlu şəxsi həyatı ilə yenidən gündəmə gəlib.  Pop ifaçısı ötən gecə “Master Chef” yarışması ilə populyarlaşan Hazer Amani ilə görüntülənib. 

 

Beşiktaşda bir arada olan cütlüyün maşında səmimi şəkildə qucaqlaşıb yatması diqqətdən yayınmayıb. Sıla onları çəkən KİV nümayəndələrinə reaksiya verməyib. O, mətbuatın suallarını cavabsız qoyaraq Hazerlə Nişantaşıdakı evinə gedib. Onların bir müddətdir sevgili olduğu iddia edilib. 

 


 








Redaktorun seçimi