Elgiz - "Bir kəlmə yazdım ki, böyük mədəniyyət hadisəsi deyil, aləm qarışdı"

Hit: 775
Elgiz - "Bir kəlmə yazdım ki, böyük mədəniyyət hadisəsi deyil, aləm qarışdı"

Müğənni İradə İbrahimova ilə aparıcı Elgiz Əkbərin küsülü olduğu ortaya çıxıb.

Bu barədə Elgiz "Səhər-Səhər" proqramında məlumat verib.

Aparıcı bildirib ki, bir müddət əvvəl İradə barədə İnstaqram-da status yazıb və həmin paylaşıma görə sənətçi ondan inciyib:

"Türkiyənin məşhur aktyoru Cem Yılmaz İradənin ifasında olan bir mahnını oxumuşdu. Ölkənin gündəmini zəbt etmişdi, hara baxırdımsa, bu barədə yazırdılar. Bir kəlmə yazdım ki, böyük mədəniyyət hadisəsi deyil, niyə belə paylaşılır. Mən onun xətrinə dəyməyi nəzərdə tutmamışdım, aşağılamaq da fikrim yoxdur. Aləm bir-birinə dəydi. Onun yaxınları, adamları mənə zəng vurmağa başladı".









Redaktorun seçimi