Tünzalə Ağayeva məktəb açır

67 dəfə oxunub
Tünzalə Ağayeva məktəb açır

Əməkdar artist Tünzalə Ağayeva musiqi məktəbi açmaq niyyətindədir.  Müğənni bu barədə “Hər şey daxil” proqramına qonaq olarkən deyib.  

Sənətçi bir neçə il sonra arzusuna nail olacağını bildirib: “Buna tələbat var. Belə də olmalıdır. Bir peşəkar öz etdiyi üslubları kiməsə öyrətməlidir. Bir çox gənclər olub ki, onların yanında olmağa çalışmışam. Məktəb bir insanın öz üzərində dayanmır. Böyük bir məsuliyyətdir. 

 

Təəssüf olsun ki, şəxsən dərs vermirəm. Çünki buna vaxt ayırmaq lazımdır.  Bir dərs minimum 1 saat çəkir. Bir uğurun arxasında status yazmaq, selfi çəkmək, qalmaqal yaratmaq dayanmır. Rəğbət və sevgi qazanmaqdır”. 

 



Redaktorun seçimi