Adriana Lima son fotosunu da sildi

82 dəfə oxunub
Adriana Lima son fotosunu da sildi

 Adriana Lima keçən ay ayrıldığı sevgilisi Metin Hara ilə son fotoşəkilini də İnstaqramdan silib.

 2017-ci ilin iyulunda başlayan münasibətləri ilə bütün dünyada gündəmə gələn ikili keçən ay ayrılıb. Metin Hara ayrılıq iddialarını “18 dekabrda ABŞ-a gedirəm”, - deyə təkzib edib. Amma barışıq üçün cəhdlər etsə də Braziliyalı model Haranı qəbul etmədi. 37 yaşlı Limanın şəkilləri sosial mediadan silməsi “Adriananın Metini tamamən həyatından çıxartdı”, - söz-söhbətlərinə səbəb olub. 

Qeyd edək ki, Metin Hara isə hələ də şəkilləri sosial media hesabından silməyib.



Redaktorun seçimi